Qeyri-bankçılıq
100

Azərbaycandakı kredit ittifaqları bu ilin 9 ayını zərərlə başa vurub

Azərbaycandakı kredit ittifaqları bu ilin 9 ayını zərərlə başa vurub

Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,9 milyon manat xalis zərərlə başa vurub.

“Renkinq” bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Məlumata görə, 9 ay ərzində kredit ittifaqlarının əməliyyat gəlirləri 1,8 milyon manat, əməliyyat xərcləri 0,8 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 1,9 milyon manat təşkil edib. 

Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 15,9 milyon manat olub. Bunun 14,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.

Hesabat tarixinə kredit ittifaqlarının öhdəlikləri 6,1 milyon manat, o cümlədən aldıqları kreditlər 5,9 milyon manat, balans kapitalı isə 9,8 milyon manat, o cümlədən nizamnamə kapitalı 8,4 milyon manat təşkil edib. 

Bölmədən olan bütün xəbərlər