Qeyri-bankçılıq
91

Azərbaycan BOKT-ları bu ilin 9 ayında 15 milyon manat xalis mənfəət əldə edib

Azərbaycan BOKT-ları bu ilin 9 ayında 15 milyon manat xalis mənfəət əldə edib

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-sentyabr aylarını 14,7 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq" bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Məlumata görə, 9 ay ərzində BOKT-ların əməliyyat gəlirləri 50 milyon manat, əməliyyat xərcləri 36 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 1 milyon manat, gözlənilməz gəlirləri 1,1 milyon manat, mənfəət vergisi ödəmələri isə 1,4 milyon manat təşkil edib. 

Bu il oktyabrın 1-nə BOKT-ların aktivləri 314,4 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 17% çoxdur.

BOKT-ların aktivlərinin 255 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 9 ayda bu rəqəm 17,4% artıb.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 5% artaraq 188,6 milyon manat, o cümlədən banklardan və digər maliyyə institutlarından cəlb etdikləri vəsaitlər 3,5% azalaraq 88,4 milyon manat, balans kapitalı isə 42,5% artaraq 125,8 milyon manat təşkil edib. 

Bölmədən olan bütün xəbərlər