Büdcə
84

2 qeyri-kommersiya təşkilatı Maliyyə Nazirliyində akkreditasiya olunub

2 qeyri-kommersiya təşkilatı Maliyyə Nazirliyində akkreditasiya olunub

"Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası” və “Gənc mühasiblər” İctimai Birlikləri peşəkar mühasib təşkilatı kimi Maliyyə Nazirliyində akkreditasiya olunub. 

Bu barədə “Renkinq" nazirliyə istinadən xəbər verir. 

Məlumata görə, adıçəkilən təşkilatlar peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatlarının siyahısına daxil edilib və Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Beləliklə, peşəkar mühasib təşkilatı kimi Maliyyə Nazirliyində akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatlarının sayı 3-ə çatıb.

Akkreditasiya olunan təşkilatlar mühasiblərin peşə biliklərinin artırılması ilə bağlı təlimlər, seminarlar təşkil edəcəklər.

Bölmədən olan bütün xəbərlər