Büdcə
85

ARDNF-in vəsaitlərinin 93%-i 3 əsas xarici valyutada yerləşdirilib

ARDNF-in vəsaitlərinin 93%-i 3 əsas xarici valyutada yerləşdirilib

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli onun aktivlərinin, demək olar ki, 100%-i qədər və yaxud 42 524,3 milyon ABŞ dolları təşkil edib.

“Renkinq” Fonda istinadən xəbər verir ki, bu vəsaitin 54,7%-i elə dollarda, 33,8%-i avroda, 4,9%-i isə ingilis funt-sterlinqində yerləşdirilib.

Başqa sözlə, üç əsas xarici valyutanın investisiya portfelində payı 93,4% təşkil edib. Digər valyutalara gəlincə, portfeldə Avstraliya dolları 0,5%, Türkiyə lirəsi 0,8%, Rusiya rublu 0,7%, Koreya vonu 0,4%, Çin yuanı 1,1%, Yaponiya yeni 1,6%, digər valyutalar isə 1,5% paya malikdir.

ARDNF investisiya portfelinin xarici valyutalar və qiymətli metallar üzrə bölgüsü ilə yanaşı, müxtəlif aktivlər üzrə bölgüsünü də açıqlayıb. Beləliklə, Fondun investisiya portfelində istiqrazların və pul bazarı alətlərinin payı 69,6%, səhmlərin payı 13,4%, daşınmaz əmlakın payı 5,6%, qızılın payı isə 11,4% təşkil edib.

Xatırladaq ki, bu ilin əvvəlindən ARDNF-nin aktivləri 10%-dən çox artıb.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər