Büdcə
97

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 9%-dən çox artırıb

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 9%-dən çox artırıb

Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 48 558,5 milyon ABŞ dolları təşkil edib.

“Renkinq” xəbər verir ki, bunun 87,6%-i və yaxud 42 524,4 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 12,4%-i və yaxud 6 034,1 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 155,4 milyon dollar və yaxud 0,3% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 60,7 milyon dollar və yaxud 0,15%, AMB-nin valyuta ehtiyatlarında isə 94,7 milyon dollar və yaxud 0,15% artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 4 036,3 milyon dollar və yaxud 9,1% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 3 536,7 milyon dollar və yaxud 9,1%, AMB-nin valyuta ehtiyatları isə 499,6 milyon dollar və yaxud 9% artıb.

 

ARDNF-in valyuta ehtiyatları


(milyon ABŞ dolları)

AMB-nin valyuta ehtiyatları


(milyon ABŞ dolları)

Azərbaycanın valyuta ehtiyatları


(milyon ABŞ dolları)

01.10.2019

42 524,4

6 034,1

48 558,5

01.07.2019

42 463,7

5 939,4

48 403,1

01.04.2019

40 273,3

5 778,6

46 051,9

01.01.2019

38 515,2

5 625,7

44 140,9

01.10.2018

38 987,7

5 534,5

44 522,2

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər