Büdcə
73

ARDNF bu ilin əvvəlindən aktivlərini 10%-dən çox artırıb

ARDNF bu ilin əvvəlindən aktivlərini 10%-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 14 715,2 milyon manat, büdcə xərcləri isə 7 680,4 milyon manat təşkil edib.

“Renkinq” xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumata görə, 9 ay ərzində ARDNF-in neft-qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 074,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından gəlirləri 11 290,4 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, akrhesabı ödənişləri 4,7 milyon manat, tranzit gəlirləri 13,4 milyon manat olub. Bundan başqa, Fond vəsaitinin idarə olunmasından 2 640,3 milyon manat gəlir əldə edib.

Hesabat dövründə ARDNF büdcəyə 7 536 milyon manat transfert edib, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 126,4 milyon manat ayırıb. Bundan başqa, Fondun idarə edilməsinə 18 milyon manat xərc çəkilib.

Yanvar-sentyabrda ARDNF-in valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar xərci isə 219,8 milyon manat təşkil edib. Beləliklə, bu ilin əvvəlindən Fondun aktivləri 10,4% artaraq oktyabrın 1-nə 42 524,4 milyon ABŞ dollarına çatıb.

Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%), 2019-cu ilin 9 ayı ərzində müvafiq göstərici 15,2% təşkil edib.

Bölmədən olan bütün xəbərlər