Digər
88

Vergilər Nazirliyi və ƏMDK İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib

Vergilər Nazirliyi və ƏMDK İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb.

"Renkinq" xəbər verir ki, fərmana əsasən, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib. 

Bu qurumlar bundan sonra nazirlik yanında Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kimi fəaliyyət göstərəcək. 

Bölmədən olan bütün xəbərlər