Büdcə
111

Azərbaycanda gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb

Azərbaycanda gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb

Gələn il Azərbaycanda yaşayış minimumu bu illə müqayisədə 10 manat çox - 190 manat məbləğində olacaq. 

"Renkinq" bu barədə yaşayış minimumumun həddi haqqında Milli Məclisə daxil olmuş qanun layihəsinə istinadən xəbər verir. 

O cümlədən əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 191 manatdan 201 manata, pensiyaçılar üçün 149 manatdan 157 manata, uşaqlar üçün 160 manatdan 170 manata çatdırılıb. 

2020-ci ildə Azərbaycanda ünvanlı dövlət sosial yardımının müəyyən edilməsi üçün nəzərdə tutulmuş ehtiyac meyarı isə 2019-cü ilə nisbətən 17 manat çox - 160 manat məbləğində olacaq. Bu, ehtiyac meyarının həddi haqqında parlamentə daxil olmuş qanun layihəsində öz əksini tapıb. 

Bölmədən olan bütün xəbərlər