Sığorta
207

“Atasığorta”nın Direktorlar Şurasına yeni sədr təyin ediləcək

“Atasığorta”nın Direktorlar Şurasına yeni sədr təyin ediləcək

Noyabrın 12-si saat 15:00-da “Atasığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Renkinq” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin Direktorlar Şurasına (DŞ) yeni sədr təyin edilməsi məsələsi daxildir.

Xatırladaq ki, indiyə qədər sədr vəzifəsini icra edən Adıgözəl Ağayev “Atasığorta”nın daxil olduğu “Ataholdinq” MMC-nin baş direktoru olub. Oktyabrın 15-də o, vəzifəsini tərk edib və yerinə Rəşad Rəsullu təyin olunub. Yeni baş direktor həm də “Atasığorta”nın DŞ-nin üzvüdür. Onun sədr vəzifəsinə gətiriləcəyi gözlənilir. 

Bölmədən olan bütün xəbərlər