Büdcə
74

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7 milyon manatlıq minik avtomobili alır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7 milyon manatlıq minik avtomobili alır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Azərmaş” MMC-dən 547 ədəd “Khazar LX” markalı minik avtomobili alacaq.

“Renkinq” xəbər verir ki, Nazirlik buna görə 6 486 762 manat ödəniş edəcək.

Bundan başqa, qurum “Naxçıvan Avtomobil Zavodu” MMC-dən 45 ədəd “NAZ Lifan” markalı minik avtomobili alacaq. Bu maşınlar isə Nazirliyə 513 000 manata başa gələcək.

Ümumilikdə, 592 nəqliyyat vasitəsinə görə 6 999 762 manat ödəniləcək.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər