Sığorta
113

“İpək Yolu Sığorta”nın mənfəəti 1% azalıb

“İpək Yolu Sığorta”nın mənfəəti 1% azalıb

“İpək Yolu Sığorta” ASC bu ilin yanvar-sentyabr aylarını 1,617 milyon manat mənfəətlə başa vurub.

“Renkinq” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,4% azdır.

9 ay ərzində “İpək Yolu Sığorta”nın gəlirləri 24,023 milyon manat, xərcləri isə 22,406 milyon manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 48,146 milyon manat olub ki, bu da illik müqayisədə 23,3% çoxdur. Son 1 ildə şirkətin öhdəlikləri 44,7% artaraq 24,285 milyon manata, balans kapitalı isə 7,1% artaraq 23,861 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər