Bankçılıq
116

“NBC Bank”ın mənfəəti kəskin azalıb

“NBC Bank”ın mənfəəti kəskin azalıb

“NBC Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 112 min manat mənfəətlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 96,2% və yaxud 26,05 dəfə azdır.

9 ay ərzində “NBC Bank”ın gəlirləri 17,018 milyon manat (illik müqayisədə 8,7% çox), xərcləri 17,924 milyon manat (35,5% çox), xüsusi ehtiyatlara ayırmalara üzrə qənaəti isə 1,017 milyon manat (2,1 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “NBC Bank”ın aktivləri 304,814 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,3% çoxdur. Bunun 222,203 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 18,3% böyüyüb.

Hesabat dövründə “NBC Bank”ın öhdəlikləri 17,8% artaraq 246,505 milyon manata, o cümlədən depozit portfeli 22,5% artaraq 123,264 milyon manata çatıb, balans kapitalı isə 2,2% azalaraq 58,31 milyon manata düşüb.

Bölmədən olan bütün xəbərlər