Digər
91

"UBS Asset": ABŞ dolları azı 25 il ərzində yığımlarda dominant olacaq

Dünyanın mərkəzi banklarında çalışan menecerlərin 66%-i yaxın 25 il ərzində ABŞ dollarının valyuta ehtiyatlarının saxlanılması üçün dominant olacağını düşünür. 

"Renkinq" xəbər verir ki, bu qənaətə "UBS Asset" şirkəti 30 mərkəzi bankın iştirakı ilə apardığı araşdırmadan sonra gəlib. 

Hazırda dollar qlobal mərkəzi bankların 11,7 trilyon dollarlıq valyuta ehtiyatının, təxminən, 62%-ni təşkil edir. Yaxın gələcəkdə Çin yuanının bu payın bir hissəsini "ələ keçirəcəyi" gözlənilir. Belə ki, sorğuda iştirak edən menecerlərin 38%-i növbəti 25 il ərzində yuanın dollar və yaxud avro səviyyəsində ehtiyat valyuta olacağını gözləyir. Yeri gəlmişkən, hazırda avronun yığımlarda payı, təxminən, 20%-dir.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər