İnvestisiya
107

SOCAR yeni istiqrazlar buraxacaq

SOCAR yeni istiqrazlar buraxacaq

Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazların satış qiymətinin 1 046 ABŞ dollarına qədər qədər yüksəlməsi, bu qiymətli kağızlarla təkrar bazar əməliyyatlarının ümumi dəyərinin 181 milyon dollara çatması, report əməliyyatlarının ümumi dəyərinin 32 milyon dolları keçməsi, 2 minə yaxın əqd bağlanması, istiqrazların “Bakı Fond Birjası” QSC-də ən çox ticarət olunan korporativ maliyyə aləti olması onlara olan yüksək tələbatın göstəriciləridir.

“Renkinq” xəbər verir ki, bu barədə “SOCAR Capital” MMC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, kapital bazarları və investorların mənfəətinə cavab verəcək illik faiz dərəcəsi, müddət və məbləğ sorğu və araşdırmalar nəticəsində müəyyənləşdirildikdən sonra, yeni istiqrazların 2020-ci ilin ilk aylarında buraxılması planlaşdırılır.

Bölmədən olan bütün xəbərlər