Bankçılıq
143

İlham Əliyev: “Banklar yenə də əsasən istehlak kreditləri verir”

İlham Əliyev: “Banklar yenə də əsasən istehlak kreditləri verir”

“Azərbaycanın bank sektoru iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illər yenə də istehlak kreditlərinin məbləği artır”.

“Renkinq” xəbər verir ki, bunu Prezident İlham Əliyev yanında keçirilmiş iqtisadi müşavirədə deyib.

“Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik. Ona görə bütün bu məsələləri gərək ümumiləşdirib, təhlil edib və bir qərara gələsiniz ki, bütün alətlər - bank sektoru, Sahibkarlığın İnkişafı Fondu, dövlət investisiya xərcləri bir məqsədi güdməlidir – məşğulluğun artırılması və qeyri-neft sektorunun artımı”, - deyə o, qeyd edib.

Bölmədən olan bütün xəbərlər