Bankçılıq
95

“Premium Bank”ın xalis mənfəəti 61% azalıb

“Premium Bank”ın xalis mənfəəti 61% azalıb

“Premium Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 11,082 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 60,7% azdır.

9 ay ərzində “Premium Bank”ın gəlirləri 45,697 milyon manat (illik müqayisədə 6,3% çox), xərcləri 32,934 milyon manat (1,9% az), xüsusi ehtiyatlara ayırmaları 186 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 1,495 milyon manat (3,7 dəfə çox) təşkil edib.

Bu il oktyabrın 1-nə “Premium Bank”ın aktivləri 576,387 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,1% azdır. Bunun 489,664 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 11,5% kiçilib.

Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 4,4% azalaraq 445,958 milyon manata, o cümlədən depozit portfeli 10,3% azalaraq 396,936 milyon manata, balans kapitalı isə 11,8% azalaraq 130,43 milyon manata düşüb.

Bölmədən olan bütün xəbərlər