Bankçılıq
329

“Kapital Bank”ın xalis mənfəəti 40% artıb

“Kapital Bank”ın xalis mənfəəti 40% artıb

“Kapital Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 99,654 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 40,2% çoxdur.

9 ay ərzində “Kapital Bank”ın gəlirləri 407,203 milyon manat (illik müqayisədə 18,1% çox), xərcləri 198,721 milyon manat (11,4% çox), xüsusi ehtiyatlara ayırmaları 82,747 milyon manat (8,3% çox), mənfəət vergisi ödəmələri isə 26,08 milyon manat (38,3% çox) təşkil edib.

Bu il oktyabrın 1-nə “Kapital Bank”ın aktivləri 4 007,548 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,9% çoxdur. Bunun 1 447,072 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 23,2% böyüyüb.

Hesabat dövründə “Kapital Bank”ın öhdəlikləri 15,4% artaraq 3 615,485 milyon manata, o cümlədən depozit portfeli 19,4% artaraq 3 193,557 milyon manata, balans kapitalı isə 21,2% artaraq 392,063 milyon manata, o cümlədən nizamnamə kapitalı 9,7% artaraq 225,85 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər