Bankçılıq
222

“Nikoyl Bank”ın zərəri kəskin azalıb

“Nikoyl Bank”ın zərəri kəskin azalıb

“Nikoyl Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 1,26 milyon manat zərərlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 98% və yaxud 49,3 dəfə azdır.

9 ay ərzində “Nikoyl Bank”ın gəlirləri 48,039 milyon manat (14,1% az), xərcləri 35,771 milyon manat (29,4% çox), xüsusi ehtiyatlara ayırmaları isə 13,888 milyon manat (87,2% az) təşkil edib.

Bu il oktyabrın 1-nə “Nikoyl Bank”ın aktivləri 446,986 milyon manat olub ki, bu da illik müqayisədə 9,8% çoxdur. Bunun 245,532 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 33% böyüyüb.

Hesabat dövründə “Nikoyl Bank”ın öhdəlikləri 13,1% artaraq 381,959 milyon manat, o cümlədən depozit portfeli 31,4% artaraq 280,725 milyon manat, balans kapitalı isə 6,1% azalaraq 65,027 milyon manat, o cümlədən nizamnamə kapitalı 17,6% artaraq 348 milyon manat təşkil edib.

Bölmədən olan bütün xəbərlər