Bankçılıq
238

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu açıqlama yayıb

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu açıqlama yayıb

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Atra Bank”, “Royal Bank”, “Kredo Bank”, “Zamin Bank”, “Bank of Azerbaijan”, “Qafqaz İnkişaf Bankı”, "Yunayted Kredit Bank", "Texnika Bank", "Dəmir Bank" və "Gəncə Bank" ASC-lərdə, eləcə də “Bank Standard” QSC-də 17 min manata qədər qorunmayan əmanəti olan şəxslərin kreditor tələblərinin ödənilməsi ilə bağlı açıqlama yayıb. 

"Renkinq" xəbər verir ki, açıqlamada əmanətçilərdən şəxsiyyət vəsiqəsi ilə "Kapital Bank" ASC-nin müvafiq filiallarına müraciət etmələri xahiş olunur. 

Filialların siyahısı ilə https://assets.adif.az/satinalma/filial.pdf linki vasitəsilə tanış olmaq mümkündür. 

Xatırladaq ki, əmanətlərin qaytarılmasına oktyabrın 16-da başlanılacaq. 

Bölmədən olan bütün xəbərlər