Sığorta
142

Azərbaycanda 12 sığorta şirkəti yarımillik maliyyə hesabatını açıqlamayıb

Azərbaycanda 12 sığorta şirkəti yarımillik maliyyə hesabatını açıqlamayıb

Azərbaycanda fəaliyyət göstərən 22 sığorta şirkətindən 12-si bu ilin I yarısının yekunlarına dair maliyyə hesabatını açıqlamayıb.

“Renkinq” xəbər verir ki, bu, araşdırma nəticəsində məlum olub.

Həmin şirkətlər “A-Qrup Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Atəşgah Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta”, “Naxçıvan Sığorta”, “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta”, "Qala Sığorta", "Xalq Həyat Sığorta", “Xalq Sığorta” ASC-lər, eləcə də Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətidir (“Azərsığorta”).

Xatırladaq ki, bunlardan “Naxçıvan Sığorta” həm də 2018-ci ilin yekunlarına dair maliyyə hesabatı verməyib.

Qalan 10 sığorta şirkəti – “Amrah Sığorta”, “Ata Sığorta”, "AXA Mbask”, “Bakı Sığorta”, “Günay Sığorta”, “İpək Yolu Sığorta”, “Meqa Sığorta”, "Qala Həyat Sığorta", “Rəvan Sığorta” və “Standard Insurance” ASC-lər isə 2019-cu ilin yanvar-iyun aylarının yekunları barədə ictimaiyyəti məlumatlandırıb. Bunlardan 9-u yarımili mənfəətlə, 1-i isə zərərlə başa vurub.

Sığorta şirkətləri

Yarımillik mənfəət / zərər

(milyon manatla)

1

Meqa Sığorta

2,283

2

Qala Həyat Sığorta

1,229

3

İpək Yolu Sığorta

1,143

4

Atasığorta

1,113

5

Rəvan Sığorta

0,445

6

Günay Sığorta

0,439

7

Standard Insurance

0,283

8

Amrah Sığorta

0,141

9

Bakı Sığorta

0,022

10

AXA Mbask

- 0,177

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər