Bankçılıq
289

"Azərbaycan Beynəlxalq Bankı" uzun fasilədən sonra səhmdarlarına dividend ödəməyə qərar verib

Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

“Renkinq” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Səbail rayonu, Salyan Şosesində yerləşən otellərdən birində baş tutub.

Yığıncaqda Bankın səhmdarlarına təxminən 10 illik fasilədən sonra dividend ödənilməsinə qərar verilib. Dividendin məbləği ABB-nin səhmlərinin nominal dəyərinin (27 qəpik) 12,1%-i qədər – 3,26 qəpik müəyyən edilib.

Bundan başqa, səhmdarlar Bankın 300 min manat nizamnamə kapitalına malik olacaq törəmə investisiya şirkətinin yaradılmasına qərar veriblər.

Bölmədən olan bütün xəbərlər