Büdcə
70

“Sumqayıt Kimya Sənaye Parkı” 4 aylıq şirkəti tenderdə qalib elan edib

“Sumqayıt Kimya Sənaye Parkı” 4 aylıq şirkəti tenderdə qalib elan edib

İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin təşviqat materiallarının və çap məhsullarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderin nəticəsi məlum olub.

“Renkinq” xəbər verir ki, tenderin qalibi "VANHCUSDE" MMC-dir.

Bu il iyulun 1-də yaradılmış qalib şirkətə 98 140 manat ödəniləcək.

Bölmədən olan bütün xəbərlər