Bankçılıq
1090

Azərbaycanda bankları və sığorta şirkəti olan şəxsin iştirakı ilə daha bir şirkət yaradılıb

Azərbaycanda bankları və sığorta şirkəti olan şəxsin iştirakı ilə daha bir şirkət yaradılıb

Vergilər Nazirliyi sentyabrın 11-də "Professional Real Estate Services" MMC-ni dövlət qeydiyyatına alıb. 

“Renkinq” xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, məhəllə 466, ev 206 (“Gilan Holdinq” MMC-nin baş ofisinin yerləşdiyi “Capital Towers”), nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Hikmət Abuzər oğlu İsmayılovdur.

Söhbət holdinqə daxil olan “AFB Bank” ASC-nin 99,64%-lik, “Azsığorta” ASC-nin isə 100%-lik, eləcə də “Bank of Baku” ASC-nin 31,11% -lik səhmdarından gedir. 

"Professional Real Estate Services" son 4 ay ərzində “NH İnvestment” MMC-dən sonra H.İsmayılovun iştirakı ilə yaradılan 2-ci şirkətdir. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər