Bankçılıq
175
Təlimə qatıl və aparıcı banklardan birinin IT mütəxəssisi ol!

Bakı / 10.10.2019 / Renkinq:
Ali təhsili başa çatdırmısan və IT sahəsində işləməyə marağın var? O zaman vaxt itirmədən “Access Bank” QSC-nin "Coders League" layihəsinə qatıl!
İtirəcəyin bir şey yoxdur, lakin əldə edəcəklərin çoxdur!
Oktyabrın 25-nə qədər müraciət edənlər arasından 15 nəfər seçilərək xarici təlimçilər tərəfindən keçiriləcək “Temenos T24” bank sistemi üzrə treninq keçmək imkanı qazanacaq. Sonda isə iştirakçılardan ən yaxşı nəticə göstərmiş 5 nəfər T24 developer vəzifəsinə işə götürüləcək.
Qeyd edilən tarixə qədər mövzü bölməsinə "Coders League" yazaraq CV formanızı cv@accessbank.az elektron poçt ünvanına göndər və sən də bizim liqaya qoşul! Ölkənin aparıcı banklarından birinin mütəxəssisinə çevrilmək şansı öz əlindədir!