Bankçılıq
363

“AtaBank” mətbuatda haqqında yazılanlarla bağlı bəyanat yayıb

“AtaBank” mətbuatda haqqında yazılanlarla bağlı bəyanat yayıb

Son zamanlarAzərbaycanda bank sektoru, həmçinin “AtaBank” ASChaqqında mətbuatda qərəzli, xoşagəlməzxəbərlər yayılır.

“Renkinq” xəbər verir ki, bu barədə Bankın bəyanatında bildirilir.

Açıqlamada həmçinin deyilir ki, “AtaBank”bəzi saytların ictimaiyyətə yanlış məlumatlar verməsindən təəssüflənir və bildirir ki, Bankın fəaliyyəti haqda mətbuatda yayılmış xəbərlər heç bir fakta əsaslanmır: “Bank stabil fəaliyyətini davam etdirir. Həmçinin müştərilər nağdsız əməliyyatlar aparır və nağd vəsaitlərin çıxarılması kimi əməliyyatlar növbəli şəkildə təmin olunur.Bank sektorunun tənzimlənməsi üçün dövlət qurumları mövcuddur və bu səlahiyyət yalnız onlara məxsusdur. Həmin qurumlarla bank gündəlik işgüzar münasibətləri davam etdirir.

Bankın mövqeyi öyrənilmədən, jurnalist etikasından kənar yazılan bu səpkidə məlumatlar müştərilər arasında çaşqınlıq yaradaraq onların bank sektoruna olan etimadını sarsıdır. Həmçinin vurğulamaq istərdik ki, dövlətin bank sektorunun inkişafı istiqamətində apardığı uğurlu siyasətinə xələl gətirən bu tip əsassız xəbərləri işıqlandıran informasiya saytlarıqanun qarşısında cavab verməli olacaq. Bu səbəbdən media nümayəndələrini əsassız iddialar yaymamağa çağırırıq”.

Bölmədən olan bütün xəbərlər