Bankçılıq
80

Azərbaycanda 17 min manata qədər olan qorunmayan əmanətlərin qaytarılmasına başlanılır

Azərbaycanda 17 min manata qədər olan qorunmayan əmanətlərin qaytarılmasına başlanılır

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Atra Bank”, “Royal Bank”, “Kredo Bank”, “Zamin Bank”, “Bank of Azerbaijan”, “Qafqaz İnkişaf Bankı”, "Yunayted Kredit Bank", "Texnika Bank", "Dəmir Bank" və "Gəncə Bank" ASC-lərin, eləcə də "Bank Standard" QSC-nin kreditorlarına müraciət edib.

"Renkinq"in məlumatına görə, müraciətdə bildirilir ki, bu banklarda 17 min manata qədər qorunmayan əmanətlərin qaytarılmasına "Kapital Bank” ASC vasitəsilə, oktyabrın 16-da başlanılacaq.

Kreditorların tələblərinin ödənilməsi ilə bağlı sözügedən bankın filial şəbəkəsi və lazımi sənədlər barədə əlavə məlumat veriləcək.

Bölmədən olan bütün xəbərlər