Büdcə
56

Azərbaycanda 2 vergi ödəyicisinin əmlakı siyahıya alınıb

Azərbaycanda 2 vergi ödəyicisinin əmlakı siyahıya alınıb

Vergilər Nazirliyi 2 vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış 472 915 manat borcununəzərə alaraq onların 505 200 manat dəyərində əmlakınısiyahıya alıb.

“Renkinq” bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, borclu sahibkarlardan biri Bakının Nizami rayonunun Rüstəm Rüstəmov küçəsi, 72A ünvanda yerləşən, "Park City" MMC-dir. Şirkət büdcəyə 457 433 manat borclu olub və onun 480000 manatlıq əmlakı siyahıya alınıb.

Bundan başqa, paytaxtın Nərimanov rayonunun 2095-2096-ci məhəlləsi, ev 9c ünvanında yerləşən "Azərkimya İstehsal və Xarici İqtisadi Əlaqələr" ASC-yə məxsus mebel sexi və beton sexinin fəaliyyəti araşdırılarkən, onun 15482 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Buna görə şirkətin 25200 manatlıq dəzgahı və digər avadanlıqları siyahıya alınıb.

Bundan başqa, fiziki şəxs Hüseynov Alqayıt İlham oğlunun dövlət büdcəsinə yaranmış 18769 manat borcuna görə əmlakının siyahıya alınması barədə qərar çıxarılıb. Lakin nəzarət tədbiri zamanı vergi ödəyicisiborcunu tam ödədiyini təsdiq edən sənədləri təqdim edib və onun barəsində əmlak siyahıya alınma tədbirləri həyata keçirilməyib.

Bölmədən olan bütün xəbərlər