Bankçılıq
149

“Sberbank” xalis mənfəətini 9%-ə yaxın artırıb

“Sberbank” xalis mənfəətini 9%-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın “Sberbank”ı 665,4 milyard rubl (təxminən 10,3 milyard ABŞ dolları) xalis mənfəət əldə edib.

“Renkinq” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% çoxdur.

Son 1 ildə “Sberbank”ın xalis faiz gəlirləri 1% azalaraq 929,2 milyard rubla (təxminən 14,3 milyard dollar) düşüb, xalis komissiya gəlirləri isə 13,7% artaraq 334,5 milyard rubla (təxminən 5,2 milyard dollar) çatıb.

Xatırladaq ki, “Sberbank” Rusiyanın aparıcı kredit təşkilatıdır. Onun səhmlərinin 50%-i Rusiya Bankına (Mərkəzi Bank) məxsusdur. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər