Qeyri-bankçılıq
87

Azərbaycan Mikromaliyyə Assosiasiyasının sədri dəyişib

Azərbaycan Mikromaliyyə Assosiasiyasının sədri dəyişib

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

“Renkinq” xəbər verir ki, bu, “İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru Cəlal Əliyevdir.

O, indiyə qədər AMFA-nın İH-nin sədr müavini olub və yeni vəzifəsində "Aqrarkredit" QSC BOKT-un İH-nin üzvü Süleyman Kələşovu əvəz edib.  AMFA-nın keçmiş sədri isə bundan sonra qurumun İH-nin üzvü kimi fəaliyyətini davam etdirəcək. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər