Bankçılıq
1060

“Azərbaycan Kredit Bürosu” Toplu Sorğu Xidmətini istifadəyə verməyə hazırlaşır

“Azərbaycan Kredit Bürosu” Toplu Sorğu Xidmətini istifadəyə verməyə hazırlaşır

“Azərbaycan Kredit Bürosu” MMC (AKB) bu ilin sonuna qədər Toplu Sorğu Xidmətini istifadəyə verəcək.

“Renkinq” xəbər verir ki, bu barədə şirkətin direktoru Elçin Həbibov Bakıda keçirilən “Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf” mövzusunda 6-cı İnvestorlar Yarmarkası çərçivəsində təşkil olunmuş “Rəqəmsal Erada Risklərin İdarə Olunması Perspektivləri” mövzusunda plenar sessiyada məlumat verib.

Onun sözlərinə görə, yeni xidmət kredit təşkilatlarına eyni vaxtda 5-10 min sorğunu Büroya ünvanlamağa imkan verəcək.

E.Həbibov onu da deyib ki, rəhbərlik etdiyi qurumun bütün xidmətləri tam rəqəmsallaşdırılıb.

“Bu ilin ilk 8 ayında AKB-yə təxminən 1,9 milyon skorinq sorğusu daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,5% çoxdur”, - deyə direktor əlavə edib. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər