Bankçılıq
155

"Express Bank" müştərilərinə müraciət edib

Gələn həftə "Express Bank" ASC-nin xidmətlərindən istifadədə fasilələr yaranacaq. 

"Renkinq" xəbər verir ki, bu barədə Bankın müştərilərinə müraciətində bildirilir. 

Müraciətdə deyilir ki, "Express Bank"ın xidmət səviyyəsinin artırılması məqsədi ilə bir sıra işlər görüləcək. Odur ki, oktyabrın 9-10-da Bankın ATM-lərindən, yalnız oktyabrın 10-da, saat 14:00-dan 22:00-a qədər isə Bankın bütün növ kartlarından və onlayn xidmətlərindən istifadə etmək mümkün olmayacaq. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər