Sığorta
66

Azərbaycanda 11 sığorta şirkətinin yığımları azalıb

Azərbaycanda 11 sığorta şirkətinin yığımları azalıb

Bu ilin yanvar-avqust aylarının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 10-nun yığımları illik müqayisədə artıb, 11-nin yığımları azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) ötən ilin eyni dövründə bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.

"Renkinq" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət "Xalq Sığorta" ASC-dir. Bu şirkət yanvar-ayda 17,172 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 3,7 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta"). Bu şirkətin daxilolmaları ötən 8 ayda 39,655 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 5,4% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət 8 ay ərzində 1,001 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 92,1% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "Günay Sığorta" ASC-dədir. Bu şirkətin yığımları 2,5% azalaraq 4,321 milyon manata düşüb. 

Bölmədən olan bütün xəbərlər