Bankçılıq
188
“Muğan Bank” nizamnamə kapitalını 100 milyon manata çatdırıb

Bakı / 02.10.2019 / Renkinq:
“Muğan Bank” ASC nizamnamə kapitalını 5 milyon manat və yaxud 5,3% artıraraq 95 milyon manatdan 100 milyon manata çatdırıb.
“Renkinq” xəbər verir ki, bu barədə Bankdan bildirilib.
Məlumata görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 200 manat olan 25 min ədəd adi, sənədsiz, adlı səhm dövriyyəyə buraxılıb. Qiymətli kağızların hamısını “Muğan Bank”ın mövcud səhmdarları, paylarına uyğun şəkildə əldə ediblər. Yəni, səhmdarların pay bölgüsü dəyişməyib.
“Yaxın aylarda nizamnamə kapitalının daha 5 milyon manat artırılması nəzərdə tutulur”, - deyə Bankdan qeyd olunub.
Mənbə: REPORT