Sığorta
172

Azərbaycanda sığorta ödənişlərinin 70%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta ödənişlərinin 70%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyata keçirilmiş 175,474 milyon manat sığorta ödənişinin 123,266 milyon manatı və yaxud 70,25%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (56,897 milyon manat), "PAŞA Sığorta" (33,21 milyon manat), "Atəşgah Sığorta" (13,276 milyon manat), "Atasığorta" (9,943 milyon manat) ASC-lər və Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta", 9,94 milyon manat).

8 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (1 min manat), "Amrah Sığorta" (139 min manat),  "Bakı Sığorta" (163 min manat) və "Rəvan Sığorta" (254 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 557 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.

Qalan 12 sığorta şirkətinin ümumi ödənişləri isə 51,651 milyon manat (29,45%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər