Sığorta
169

Azərbaycanda sığorta haqlarının 73%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta haqlarının 73%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda toplanılmış 469,799 milyon manat sığorta haqqının 343,741 milyon manatı və yaxud 73,15%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (148,624 milyon manat), "PAŞA Sığorta" (104,746 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta", 39,655 milyon manat), "Atəşgah Sığorta" (25,682 milyon manat) və "Atəşgah Həyat Sığorta" (25,034 milyon manat) ASC-lərdir.

8 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (352 min manat), "Amrah Sığorta" (352 min manat), "Xalq Həyat Sığorta" (371 min manat), və  "Bakı Sığorta" (815 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,89 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,4%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 124,168 milyon manat (26,45%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər