Büdcə
88

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın zərəri 32% azalıb

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın zərəri 32% azalıb

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 2018-ci ili 31,715 milyon manat zərərlə başa vurub. 

"Renkinq" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 31,7% azdır. 

Ötən il səhmdar cəmiyyərinin gəlirləri 829,402 milyon manat, xərcləri isə 861,117 milyon manat təşkil edib. 

Bu il yanvarın 1-nə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nı aktivləri 2 768,544 milyon manat olub ki, bu da illik müqayisədə 1,1% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 4,6 dəfə artaraq 10,048 milyon manata çatıb, balans kapitalı (kapital ehtiyatları) isə 1,4% azalaraq 2 758,496 milyon manata düşüb.

Bölmədən olan bütün xəbərlər