Sığorta
994

“Atəşgah” sığorta qrupunda iş vaxtı azaldılıb

“Atəşgah” sığorta qrupunda iş vaxtı azaldılıb

“Atəşgah” sığorta qrupuna daxil olan “Atəşgah Sığorta” və “Atəşgah Həyat Sığorta” ASC-lərdə iş vaxtı yarım saat azaldılıb.

“Renkinq” xəbər verir ki, bu barədə qrupun açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bundan sonra işçilər işə saat 09:00-da gəlib, saat 17:30-da gedəcəklər (indiyə qədər iş vaxtı saat 18:00-da bitirdi). Saat 13:00-dan 14:00-a qədər isə yenə də nahar fasiləsi olacaq. Bununla yanaşı, qrupun “Müştəri xidmətləri” və “Çağrı mərkəzləri” müştərilərə 7/24 rejimində xidmət göstərəcək.

“İş saatının qısaldılması barədə qərar şirkətdaxili biznes proseslərinin ISO keyfiyyətin idarə edilməsi standartlarına uyğunlaşdırılmasına, əksər proseslərin avtomatlaşdırılmasına arxalanaraq, habelə ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Məşğulluq Strategiyası”na əsaslanaraq qəbul edilib”, - deyə açıqlamada qeyd olunub.

Bölmədən olan bütün xəbərlər