Sığorta
535

"A-Qrup Sığorta"ya daimi sədr müavini təyin ediləcək

Oktyabrın 4-də, saat 12:00-da "A-Qrup Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Renkinq" xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 87A ünvanında olacaq.

Yığıncağın gündəliyinə Abas Miskərlinin daimi əsaslarla "A-Qrup Sığorta"nın İdarə Heyətinin sədr müavini təyin edilməsi məsələsi daxildir.

Bölmədən olan bütün xəbərlər