Digər
162

"Renkinq" 2 yaşını qeyd edir

Bu gün "Renkinq" - Maliyyə Xəbərləri Agentliyinin fəaliyyətə başlamasından 2 il keçir.

Xatırladaq ki, agentlik 2017-ci il oktyabrın 1-dən test rejimində işə düşüb, oktyabrın 25-dən isə açıq yayıma keçib.

Media qurumu son 2 ildə Azərbaycanın maliyyə bazarının iştirakçıları - banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, sığorta və investisiya şirkətlərinin maliyyə göstəriciləri əsasında renkinqlər, eləcə də analitik materiallar hazırlayıb, özünü etibarlı xəbər mənbəyi kimi təsdiqləyib. Təsadüfi deyil ki, onun xəbərlərini ölkədəki 10-a yaxın iqtisadi yönümlü sayt istinad etməklə yerləşdirir.

"Renkinq" xəbər yayımına başladıqdan cəmi 5 ay sonra kommersiya fəaliyyətinə də başlayıb. Hazırda agentlik bir sıra yerli banklarla reklam tərəfdaşıdır.

Biz sizə bazardakı yerinizi göstəririk!

Bölmədən olan bütün xəbərlər