İnvestisiya
214

“Finoko” BOKT manatda və dollarda istiqraz buraxmaq istəyir

“Finoko” BOKT manatda və dollarda istiqraz buraxmaq istəyir

Oktyabrın 28-də “Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Renkinq” xəbər verir ki, yığıncaq BOKT-nin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 609 ünvanında olacaq.

Yığıncağın gündəliyinə “Finoko”nun Azərbaycan manatı və ABŞ dollarında istiqazlarının, eləcə də yeni səhmlərinin emissiya edilməsi məsələləri daxildir.

Bölmədən olan bütün xəbərlər