Bankçılıq
84

“Bank VTB Azərbaycan” bankomat şəbəkəsini genişləndirir

“Bank VTB Azərbaycan” bankomat şəbəkəsini genişləndirir

“Bank VTB Azərbaycan” ASC kart istifadəçilərinin bank xidmətlərinə çıxış imkanlarını genişləndirmək istiqamətində tədbirləri davam etdirir. Belə ki, bank əhalinin sıx toplaşdığı məkanlarda yeni bankomatlar quraşdırıb:

- Heydər Əliyev prospekti, 172 ünvanında (metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən ”Bravo” hipermarketində);

- “NizamiMall”da (metronun “Nizami” stansiyasının yaxınlığında).

Bununla da “Bank VTB Azərbaycan”ın hazırda 21 bankomatı müştərilərə xidmət göstərir. Bankomatlar vasitəsilə müştərilər nağldaşdırma, hesabdan çıxarışın alınması, 3D Secure xidməti üçün PİN-kodun alınması, kartdan karta pul vəsaitlərinin köçürülməsi (“Card to Card” xidməti), eləcə də kartı olmayan şəxsə öz kartından pulun köçürülməsi (“Cash by Code”) və digər xidmətlər üzrə əməliyyatlar həyata keçirə bilər. Bankın “Əcəmi”, “Neftçilər” filialları və Müştəri xidmətləri mərkəzi, eləcə də “28 Mall” TM və “İçəri şəhər” metrostansiyasında yerləşən bankomatlarında kart hesabına nağd pul vəsaitinin əlavə edilməsi–“Cash in” xidməti mövcuddur.  

“Bank VTB Azərbaycan”ın kart istifadəçiləri “Nikoyl Bank”, “Bank of Baku” və “Azər-Türk Bank” ASC-lər kimi tərəfdaş bankların ATM şəbəkəsindən də əlavə komissiyasız nağdlaşdırma əməliyyatı həyata keçirə bilər. Beləliklə, “Bank VTB Azərbaycan”ın kart sahibləri Azərbaycan ərazisində yerləşən 100-dən çox bankomatdan istifadə edə bilər.

Bölmədən olan bütün xəbərlər