Bankçılıq
143

“Rabitəbank” region sahibkarlarına dəstəkdir!

“Rabitəbank” region sahibkarlarına dəstəkdir!

“Rabitəbank” regionlarda sahibkarları maarifləndirməyə və onlara dəstək olmağa davam edir!

Sentyabrın 29-da Şamaxı şəhərində “Rabitəbank”ın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA), İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Şamaxıdakı nümayəndəliyinin (KOB dostu), Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Dağlıq Şirvan iqtisadi regionunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Görüşün əsas məqsədi, ölkədə sahibkarlara yaradılan imkanlar və “Rabitəbank”ın bu istiqamətdəki məhsullarını təqdim etmək olub.

Bankın səlahiyyətli nümayəndələri iştirakçıların suallarını cavablandırıb və ümumi müzakirələr aparıb.

Xatırladaq ki, “Rabitəbank”AKİA-nın “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin agent bankı kimi seçilib.

Ölkənin ilk müstəqil və rəqəmsal həllər təklif edən banklarından biri “Rabitəbank”, 25 xidmət məntəqəsi, 68 ATM və RabitabankBot ilə müştərilərin xidmətindədir. Bankın xidmət və məhsulları haqqında məlumat almaq üçün www.133.az saytına daxil ola və yaxud 133 qısa nömrəsinə zəng edə bilərsiniz.

Bölmədən olan bütün xəbərlər