Sığorta
59

Azərbaycanda həyat sığortası 23% azalıb, qeyri-həyat sığortası isə 3% artıb

Azərbaycanda həyat sığortası 23% azalıb, qeyri-həyat sığortası isə 3% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 183,716 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 23,4% azdır.

Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 286,083 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 3,2% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 7,7% azalaraq 69,979 milyon manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 13,7% artaraq 105,494 milyon manata çatıb.

Beləliklə, 2019-cu ilin yanvar-avqust aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,1 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 36,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2018-ci ilin yanvar-avqust aylarında müvafiq olaraq 28,1 manat və 33,5 manat olub. 

Bölmədən olan bütün xəbərlər