Sığorta
427

Azərbaycanda könüllü sığorta 16% azalıb, icbari sığorta isə 8% artıb

Azərbaycanda könüllü sığorta 16% azalıb, icbari sığorta isə 8% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 315,64 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,75% azdır.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 8,4% artaraq 154,159 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 124,123 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 0,4% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 16,9% artaraq 51,351 milyon manata çatıb.

Beləliklə, 2019-ci ilin yanvar-avqust aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 39,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ilin yanvar-avqust aylarında 33,3 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 30,9 manatdan 33,3 manata qalxıb.

Bölmədən olan bütün xəbərlər