Sığorta
86

Azərbaycanın sığorta bazarı 9% kiçilib

Azərbaycanın sığorta bazarı 9% kiçilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 469,799 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Renkinq” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% azdır.

8 ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 175,474 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 4,1% çoxdur.

2019-cu ilin yanvar-avqust aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 37,4 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 32,6 manat olub.

Bölmədən olan bütün xəbərlər