Bankçılıq
90

"AtaBank"la ticarəti onlayn etmək zamanıdır

Elektron bizneslə məşğul olmaq və fəaliyyətini müasir dövrə uyğunlaşdırmaq istəyən sahibkarlara “AtaBank” ASC yeni e-commerce xidmətini təqdim edir. Elektron kommersiya xidməti vasitəsi ilə müştəri dünyanın istənilən nöqtəsindən asanlıqla internet səhifəyə daxil olaraq almaq istədiyi məhsulu sifariş verir və ödənişini çox rahat və təhlükəsiz şəkildə onlayn rejimdə həyata keçirir.

Onlayn ticarət sahibləri e-commerce xidmətinə qoşularaq internet mağazada və ya mobil əlavədə nağdsız ödənişləri rahat qəbul edə biləcəklər. Bir sözlə bu xidmət onlar üçün virtual POS-terminal rolunu oynayacaq.

Həmçinin bankın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov vurğuladı ki, dünyada rəqəmsallaşma tendensiyasının artdığı dövrdə ticarətin ənənəvi üsullardan əlavə informasiya texnologiyaları üzərindən də qurulması sahibkarlar üçün yeni müştərilər cəlb edir və "AtaBank" bu istiqamətdə dəstək göstərməyə daim hazırdır.

Pulsuz qoşulma, sərfəli əməliyyat faizləri, pulsuz "AtaNet" xidməti, yeni müştərilərin cəlb edilməsi kimi üstünlüklər verən e-commerce xidməti haqda daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər - https://atabank.com/az/

25 ildən artıq fəaliyyət göstərən “AtaBank” müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Bölmədən olan bütün xəbərlər