Bankçılıq
214

“Access Bank”: Mikro-kredit verdiyimiz müştərilərin sayı 55 mini ötüb

“Access Bank”: Mikro-kredit verdiyimiz müştərilərin sayı 55 mini ötüb

“Access Bank” QSC mikrokreditləşmə sahəsi üzrə bazardakı liderliyini qoruyur”. 

“Renkinq” xəbər verir ki, bunu Azərbaycan-Almaniya biznes forumunda çıxışı zamanı Bankın İdarə Heyətinin sədri Anar Həsənov bildirib. 

Onun sözlərinə görə, hazırda mikro kreditləşmə sahəsində “Access Bank”ın bazar payı 52% təşkil edir. 

A.Həsənov sədri qeyd edib ki, bu ilin yanvar-avqust aylarında Bankın mikro kredit portfeli 51 milyon manat artıb. Halbuki, ötən ilin eyni dövründə artım 29 milyon manat təşkil edib. 

Onun sözlərinə görə, bu ilin 8 ayında 194 milyon manat mikro-kredit verilib. Halbuki, ötən ilin eyni dövründə bu göstərici 124 milyon manat olub. 

“Avqustun sonuna “Access Bank”ın cari mikro kredit portfeli 218 milyon manatdır. Bank ay ərzində orta hesabla 6 min mikro-kredit verir. Hazırda mikro-kredit verdiyimiz müştərilərin sayı 55 min nəfəri ötüb", - deyə sədr vurğulayıb.

A.Həsənov “Access Bank”ın depozit portfeli barədə də danışıv və bu ilin 8 ayında sözügedən göstəricinin 166 milyon manat artdığını və 674 milyon manata çatdığını qeyd edib: “Halbuki, ötən ilin eyni dövründə artım 72 milyon manat olub. Tendensiyaya diqqət yetirsək görərik ki, yeni açılan depozit hesablarının mütləq əksəriyyəti - 164 milyon manatlıq hissəsi milli valyutanın payına düşüb”.

Bölmədən olan bütün xəbərlər