Bankçılıq
107

“Access Bank”: 70 mindən çox aktiv internet bankçılığı müştərimiz var

“Access Bank”: 70 mindən çox aktiv internet bankçılığı müştərimiz var

“Hazırda “Access Bank” QSC-nin müştəriləri pulköçürmələri əməliyyatlarının 70%-dən çoxunu internet bankçılığı vasitəsilə həyata keçirir”. 

“Renkinq” xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri Anar Həsənov Azərbaycan-Almaniya biznes forumunda bildirib. 

Onun sözlərinə görə, bu əməliyyatlar kommunal və vergi ödənişlərdən tutmuş xaricə göndərişlərə qədər müxtəlif xidmətləri əhatə edir.

"Müşahidə etdiyimiz cari tendensiyalardan biri də fiziki şəxslər arasında mobil bankçılıq xidmətlərinə artan tələbdir. Ümumiyyətlə fiziki şəxslər mobil tətbiqetmə yolu ilə əməliyyat aparmağa üstünlük verirlər, hüquqi şəxslər isə veb versiyanı seçirlər", - deyə bank sədri qeyd edib. 

A.Həsənovun sözlərinə görə, hazırda “Access Bank”ın 70 mindən çox aktiv internet bankçılığı müştərisi var.

Bölmədən olan bütün xəbərlər