Bankçılıq
124

“Azərbaycan Kredit Bürosu” gələn il yeni xidmətini istifadəyə verəcək

“Azərbaycan Kredit Bürosu” gələn il yeni xidmətini istifadəyə verəcək

“Azərbaycan Kredit Bürosu” MMC (AKB) yeni skorinq xidmətinin tətbiqi ilə bağlı layihə həyata keçirir. 

“Renkinq” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bu məqsədlə avqustun 1-də Türkiyənin “Kredi Kayıt Bürosu” (KKB) ilə əməkdaşlığa dair müqavilə imzalanıb. Sentyabrdan isə birgə işlərə başlanılıb.

2020-ci ilin aprel ayından göstəriləcək yeni skorinq xidməti kredit tarixçəsi subyektləri haqqında toplanmış məlumatların təhlili əsasında, borcalanın davranışlarının öyrənilməsini, əldə edilən nəticələr əsasında fərdi reytinqlərin hazırlanmasını və tətbiqini nəzərdə tutur. Layihə kredit təşkilatlarında qiymətləndirmə prosedurlarının sadələşdirilməsi, əməliyyat xərclərinə qənaət edilməsi, kredit risklərinin azaldılması, habelə borcalanların maliyyə intizamının möhkəmləndirilməsinə xidmət edəcək. Bu xidmətdən AKB-yə üzv təşkilatlarla yanaşı, kredit tarixçəsi subyektləri də istifadə edə biləcəklər.

Xatırladaq ki, KKB-ni Türkiyənin 9 aparıcı bankı 1995-ci ildə təsis edib. Türkiyə bazarında uğurla istifadə edilən skorinq modellərini bu qurumun komandası hazırlayır.

Bölmədən olan bütün xəbərlər