Bankçılıq
123

“Bank Respublika” və “Azərbaycan Banklar Assosasiyası” müsabiqə elan edir

“Bank Respublika” və “Azərbaycan Banklar Assosasiyası” müsabiqə elan edir

“Bank Respublika” ASC və “Azərbaycan Banklar Assosasiyası” (ABA) İctimai Birliyi tələbələr arasında ”Nağdsız cəmiyyətə doğru” mövzusunda “Ən yaxşı məqalə” və “Ən yaxşı video çarx” olmaqla 2 nominasiya üzrə müsabiqə elan edir.

Müsabiqənin keçirilməsində məqsəd - əhalinin nağdsız ödənişlər haqqında məlumatlılığını artırılmaq, bu sahədə beynəlxalq təcrübənin araşdırılması və stimullaşdırma yollarının öyrənilməsindən ibarətdir.

Müsabiqə aşağıdakı istiqamətləri əhatə etməlidir:

- Nağdsız cəmiyyətin formalaşmasının üstün cəhətləri;

- Nağdsız cəmiyyətin formalaşmasında əsas amillər hansılardır;

- Nağdsız ödənişlərin təşviqinə yönəlmiş kampaniyalar;

- Nağdsız ödənişlərin nağd ödənişlərə nisbətdə təhlükəsizliyi;

- Nağdsız ödənişlərin iqtisadi əhəmiyyəti

Müsabiqənin şərtləri haqda ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.

Müsabiqədə iştirak etmək istəyən şəxslər oktyabrınb 25-nə qədər öz işlərini marketing@bankrespublika.az ünvanına göndərə bilərlər.

Yazı və videoları peşəkar münsiflər heyəti qiymətləndirəcək. Qaliblər 6-7 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək “Nağdsız iqtisadiyyat: Dayanıqlı bankçılığa doğru” adlı 4-cü beynəlxalq bankçılıq forumunda pul mükafatı və diplomlarla mükafatlandırılacaq.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bölmədən olan bütün xəbərlər